Azərbaycanda dolların alış qiyməti qalxdı - Dollar satmaq istəyənlərə fürsət
15:42 - 24.11.2021
24 noyabr, Fineko/abc.az Azərbaycanda Dolların alış qiyməti qalxıb.
ABC.AZ dolların banklarda nağd alış və satış qiymətlərini araşdırıb. Məlum olub ki, əvvəllər banklarda dolların alış qiyməti 1.68-1.69 idisə, hazırda bəzi banklarda dolların alış qiyməti 1.7000-dir. Hələlik cüzi də olsa artımın detalları bilinmir. Dolların satış qiymətinə gəlincə ABŞ-ın milli valyutası 1.7020-1.7025 arasında təklif edilir.
Müəllif: Elmir Murad