Azərbaycanda inflyasiyanın saxlanılması müzakirə edilib - İclas keçirilib

15:14 - 18.11.2021


 18 noyabr, Fineko/abc.az. Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclas iştirakçıları işçi qrupun builki fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində gördüyü işləri müzakirə edib.

Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanılması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub.