11:10 - 18.11.2021
18 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən banklardan bir neçəsinin cari ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Bank BTB”, “Muğan Bank”, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “AFB Bank”da (39,7%), ən az azalma isə “Azər-Türk Bank”da (1,1%) qeydə alınıb.
Qalan digər bankların isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (75,4%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,4%) qeydə alınıb.
Faiz gəlirləri 100 mln manatı keçən banklar - Siyahı
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026