Rüsumların artımı ilə büdcəyə 100 milyon manat daxil olacaq - Deputat

17:13 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərin dövlət rüsumu ilə bağlı yığılmalara təsiri 100 milyon manata yaxındır.

Yəni büdcəyə bu istiqamətdə 100 milyona yaxın vəsaitin daxil olması gözlənilir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, bu qanun haqqında cəmiyyətdə və sosial şəbəkələrdə əsası olmayan müzakirələr gedib: “Bundan sonra rüsum toplayan orqanların hesabında hər hansı rüsum qalmayacaq. Bunun əvəzində yığılan bütün rüsumlar dövlət büdcəsi hesabına köçürüləcək. Bununla əlaqədar bu orqanlarda çalışan işçiləri üçün bütövlükdə yeni maaş sisteminin hazırlanması istiqamətində işlər gedir”.