16 noyabr üçün manatın məzənnsi

10:15 - 16.11.2021


 16 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

AMB-nin məlumatına əsasən, avronun məzənnəsi 0,7 % azalaraq 1,9349 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0235 manat təşkil edib.