Abşeron Biznes Parkı fəaliyyətə başladı

10:26 - 12.11.2021


12 noyabr, Fineko/abc.az . Abşeron Logistika Mərkəzinin yeni layihəsi olan Abşeron Biznes Parkı artıq fəaliyyətə başlayıb.

ABC.AZ-ın məlumatına görə, burada sahibkarlara emalatxana və istehsal sahələrinin yaradılması, ərazidə birbaşa məhsulların satışının həyata keçirilməsi, eyni zamanda açıq anbar sahəsində müxtəlif kateqoriyaya məxsus yüklərin saxlanılması kimi xidmətlər təklif edilir.


Qeyd edək ki, ərazinin Abşeron Tikinti Materialları Mərkəzi, Meyvəli, Sədərək və Binə ticarət mərkəzlərinə yaxın yerləşməsi, yüklərin saxlandığı ərazidə “showroom” lar yaradıla bilmə imkanı, həmçinin şəhərin sıxlığından uzaq, əlverişli yol əlaqəsi sahibkarlar üçün rahat biznes şəraitinin qurulmasını təmin edir.