Maaşlar artırılacaq - Nazir açıqladı

14:27 - 11.11.2021


11 noyabr, Fineko/abc.az . Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq.
Qeyd edək ki, Milli Məclisdə müzakirələr zamanı deputatlar polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasını təklfi edib.