Təhsil-tələbə Krediti Reyestri yaradılacaq

16:21 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Təhsil-tələbə kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil-tələbə Krediti Reyestri yaradılacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təhsil-tələbə kreditləri Azərbaycanın ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda tələbələrə təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin ödənilməsi üçün veriləcək.