Bu kriptovalyuta 150 faiz bahalaşdı

12:08 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. “Shiba Inu” kriptovalyutasının qiyməti tarixi maksimumu yeniləyib.

ABC.AZ-ın məlumatına görə, günün pik nöqtəsində rəqəmsal valyuta 45% bahalaşaraq 0.00006896 ABŞ dolları səviyyəsinə çatıb.

Belə ki, “Shiba Inu”nun kapitallaşması 26 milyard ABŞ dollarından yuxarı olaraq qalır.

O, dünyanın 11-ci ən böyük kriptovalyutasıdır.

Son yeddi gün ərzində “Shiba Inu” demək olar ki, 150% bahalaşıb.