Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
10:13 - 28.10.2021
28 oktyabr, Fineko/abc.az. Kapital Bank hüquqi şəxslərə və fərdi sahibkarlara yeni təcili ödənişlər xidmətini təqdim edir. Xidmətdən yararlanmaq
üçün Müştəri Bank-da qeydiyyatdan keçmək lazımdır.
Yeni funksiya vasitəsilə Müştəri Bank-da artıq təcili köçürmələri həyata keçirmək mümkündür. Təcili olması ilə
seçilən ödənişlər müştəri tərəfindən təsdiqləndikdən sonra bank tərəfindən prioritet verilərək ən sürətli köçürmə kanalı
vasitəsilə qarşı tərəfə köçürüləcək.
Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili işgüzar sövdələşmələri maneəsiz və heç kimə
müraciət etmədən çevik həll etməkdə şərait yaradacaq. Sahibkarlar Müştəri Bank ilə digər əməliyyatlar kimi təcili
köçürmə əməliyyatını da rahatlıqla onlayn həyata keçirə biləcəklər.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür:
cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı
kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya
əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları
(overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99
nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün
köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.