11:52 - 6.10.2021
6 oktyabr, Fineko/abc.az. “Koronavirus (COVID-19) pandemiyasından əvvəl dünya iqtisadiyyatında orta hesabla 3,5% illik artım olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə 3,2% azalma olub”.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib.
"Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib. 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək" deyə M.Cabbarov bildirib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026