Azərbaycanda banklar dirçəlir - Bank filialları artır

16:01 - 1.06.2021


1 iyun, Fineko/abc.az. Pandemiyanın yaratdığı bəzi problemlərdən sonra Azərbaycanın bank sektorunun infrastruktur göstəriciləri yaxşılaşmağa başlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən indiyədək Azərbaycanda 7 yeni bank filialı fəaliyyətə başlayıb.

Bununla da fəaliyyətdə olan bank filiallarının sayı 462-yə yüksəlib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin əvvəlində Azərbaycanda 509 bank filialı vardı. Ötən il isə 4 bankın fəaliyyətini dayandırması ilə ilin sonunda onların sayı 455-ə enmişdi. 2021-ci ildən filialların sayı yenidən artmağa başlayıb. Təkcə aprel ayında ölkədə 4 yeni filial işə düşüb. Müəllif: Elmir Murad