11:31 - 31.05.2021
31 may, Fineko/abc.az. “Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 510 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 0,1 min manat xalis mənfəətlə çıxmışdı.
ABC.AZ Report-a istinadən xəbər verir ki, ötən il “Azərbaycan Mikro Kredit”in mənfəət vergisinəqədərki zərəri 637 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 127 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro Kredit”in aktivləri 2,05 milyon manat olub ki, bu da illik müqayisədə 33,7% azdır.
Bunun 1,453 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 49,7% kiçilib.
Hesabat dövründə “Azərbaycan Mikro Kredit”in öhdəlikləri 15,8% artaraq 505 min manata çatıb, balans kapitalı 41,8% azalaraq 1,545 milyon manata, o cümlədən nizamnamə kapitalı 22,6% azalaraq 2,054 milyon manata düşüb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026