Problemli kreditlər yenə artıb - Mərkəzi Bankdan açıqlama

15:30 - 27.05.2021


27 may, Fineko/abc.az. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, aprelin 1-i ilə müqayisədə 0,4% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 25,2% azalıb. Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib.

Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il aprelin sonuna isə 8,1% olub.