ABŞ-ın Citi Group şirkəti bəzi ölkələri tərk edir – Siyahı

14:48 - 27.05.2021


27 may, Fineko/abc.az. Amerikanın maliyyə korporasiyası Citi Group, Rusiyadakı pərakəndə bankçılıq fəaliyyətini ləğv etməyi planlaşdırır.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Citi Group fərdi müştərilərlə iş biznesini satmağa qərar verib.

Qərar ABŞ-ın yeni sanksiyalarının tətbiqi ilə demək olar ki, eyni vaxtda elan edilib. 

Rusiya Federasiyasından əlavə qrup daha 12 ölkəni tərk edir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Hindistan, İndoneziya, Koreya, Malayziya, Filippin, Polşa, Tayvan, Tayland və Vyetnamdır.

Müəllif: Elmir Murad