AMB valyuta hərracında $58,87 mln. satıb

12:37 - 25.05.2021


25 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 25-də valyuta hərracında banklara $58,87 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $58,87 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.