17:28 - 20.05.2021
20 may, Fineko/abc.az. “Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 1 milyon 416 min manat xalis zərərlə başa vurub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, halbuki, BOKT 2019-cu ildən 6 milyon 646 min manat xalis mənfəətlə çıxmışdı.
Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 11 milyon 357 min manat olub ki, bu da illik müqayisədə 8,2% azdır.
Bunun 6 milyon 143 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
2020-ci ildə BOKT-nin kredit portfeli 8% kiçilib. Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 11,1% artaraq 5 milyon 290 min manata çatıb, balans kapitalı isə 20,4% azalaraq 6 milyon 66 min manata düşüb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026