Dövlət Neft Fondu I rübdə nə qədər gəlir əldə edib? - Hedabat

14:56 - 3.05.2021


3 may, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) bu ilin I rübündəki büdcə gəlirlərini açıqlayıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, sözügedən dövrdə ARDNF-in büdcə gəlirləri 3 182,1 milyon manat, büdcə xərcləri isə 2 519,9 milyon manat təşkil edib.

Yanvar-mart aylarında ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 2 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 696,6 milyon manat, bonus ödənişlərindən 765,9 milyon manat, tranzitdən isə 5,6 milyon manat gəlir əldə edib.

Fondun vəsaitinin idarə olunmasından gəliri isə 714 milyon manat olub.

Müəllif: Elmir Murad