Naxçıvanda fiziki şəxslərin banklardakı əmanətləri bu qədərdir

12:12 - 30.04.2021


30 aprel, Fineko/abc.az. 1 aprel 2021-ci il tarixinə Naxçıvan muxtar respublikasında quraşdırılmış POS-terminalların sayı 1437-yə çatdırılıb.

ABC.AZ-ın məlunatına görə, 2021-ci ilin yanvar-mart aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 10 milyon 590 min 718 manat təşkil edib.

Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 12 milyon 6 min manat, o cümlədən milli valyuta ilə 11 milyon 127 min, xarici valyuta ilə 879 min manat həcmində təşkil edib.