AMB valyuta hərracında banklara $80,7 milyon satdı

14:32 - 30.03.2021


30 mart, Fineko/abc.az. 30 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, hərracda banklara 80,7 mln satılıb.

“Hərracda tələb 80,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - deyə məlumatda bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.