“Finans Lizinq”-ə yeni sədr təyin edilib

16:56 - 17.03.2021


17 mart, Fineko/abc.az. "Finans Lizinq” ASC-nin İdarə Heyətinə təxminən il yarımlıq fasilədən sonra yeni sədr təyin edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, İsmayıl Quliyevdir.

Qeyd edək ki, "Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır.

Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 16,5%-i Azad Cəbrayılova, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.