Ötən ay pul bazası azalıb – Mərkəzi Bank açıqladı

17:24 - 2.02.2021


2 fevral, Fineko/abc.az. 2021-ci ilin yanvar ayında pul bazası 782.2 milyon manat azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə pul bazası 12 milyard 782 milyon manata düşüb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin sonunda pul bazası 13 milyard 564 milyon 200 min manat təşkil etmişdi.