Qızıl 6 dollara yaxın ucuzlaşdı – Birja

10:01 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiyməti məlum olub.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,80 ABŞ dolları ucuzlaşaraq 1 858,10 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,87 dollar azalaraq 28,55 dollara satılıb.