Ermənistanda bahalaşma başlayıb – Devalvasiya gözlənilir?

11:57 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Ermənistanda ABŞ dollarının məzənnəsi 520 dramı, benzinin qiyməti 700 dramı, yumurtanın qiyməti isə 80 dramı ötüb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Daşnaktsutyun" partiyasının üzvü, keçmiş Kənd Təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

Keçmiş nazir yerli investorları 2-ci dəfə tədavülə buraxılan dövlət istiqrazlarını almağa çağırıb.

A.Xaçatryanın yazdıqlarını şərh edən Ermənistan sakinləri isə qarşıdakı günlərdə dolların məzənnəsinin 550 drama, tədricən isə 700 drama çatacağını deyiblər.