15:06 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Gömrük Məcəlləsinə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar sentyabrın 3-dən etibarən qüvvəyə minib.
Əsas yeniliklər:
Saxlanc şərtləri: Mallar sadələşdirilmiş bəyannamə və tərtib olunan akt əsasında anbara yerləşdiriləcək. Ümumi saxlanc müddəti maksimum 4 ay, fiziki şəxslər üçün isə gömrük orqanının müəyyən etdiyi 1 aydan çox olmayan müddət təşkil edəcək. Qadağalar və məhdudiyyətlər: Normadan artıq gətirilən qida məhsullarının anbara yerləşdirilməsinə icazə verilməyəcək; bu mallar ya geri qaytarılmalı, ya da məhv edilməlidir. Gətirilməsi qadağan olunmuş mallar üçün isə maksimum saxlanc müddəti 3 sutkadır.
Vətəndaşların hüquqları: Saxlanc müddətində şəxslər gömrük ödənişlərini və ya lisenziyanı təqdim etməklə malı götürə, ölkədən geri qaytara və ya dövlətin xeyrinə ondan imtina edə bilərlər. Müvəqqəti saxlanc bəyannaməsi: Xarici mallar müvafiq bəyannamə əsasında yerləşdiriləcək. Bəyan edilən mallar 1 ay ərzində təqdim edilmədikdə və ya yoxlama qərarından sonra bəyannamədə düzəliş edilməsinə icazə verilməyəcək. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə, bu dəyişikliklər ölkənin tranzit potensialını artırmaq, gömrük əməliyyatlarını rəqəmsallaşdırmaq və biznes üçün daha şəffaf, çevik mühit yaratmaq məqsədi daşıyır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026