“Tamstore” mağazalar şəbəkəsi buna görə cəzalandırılıb

11:39 - 3.09.2026


3 sentyabr, Fineko/abc.az. “Tamstore” mağazalar şəbəkələri endirim kampaniyaları ilə bağlı cəzalandırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən adıçəkilən şirkətdə yoxlama aparılıb.

“Tamstore.az” adlı “instagram” səhifəsində yayımlanan reklamda keçirilmiş endirim kampaniyası barədə qeyd olunan məlumatların istehlakçılarda çaşqınlıq yaratması və əmtəə qiymət güzəştləri barədə yanlış məlumatın verilməsi faktı müəyyən edilib.

Bununda da İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinin tələbləri pozulub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə mağazalar şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyət 1000 manat cərimə olunub.