16:13 - 23.07.2026
23 iyul, Fineko/abc.az. Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların dairəsi genişləndirilir.
ABC.AZ xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Qərara əsasən, həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi zamanı həmin şəxslərin ailə vəzifələri də nəzərə alınacaq.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul olunur.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026