Ötən il İnkişaf Strategiyasının icrasına 5.9 milyard manatdan çox vəsait xərclənib – Böyük hissəsi Qarabağa yönəldilib

12:03 - 9.06.2026


9 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində dövlət büdcəsindən ümumilikdə 5 milyard 919.1 milyon manat vəsait xərcləyib.

ABC.AZ xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.

Vəsaitlərin təyinatı üzrə bölgüsü:

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması: 4 milyard 454.9 milyon manat (ümumi vəsaitin 75.3%-i);

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri: 594.4 milyon manat (10%-i);

Dövlət büdcəsindən maliyyələşən və ya yardım alan təşkilatların büdcələri: 450.6 milyon manat (7.6%-i);

Strategiya çərçivəsindəki digər layihələrin maliyyələşdirilməsi: 419.2 milyon manat (7.1%-i).