14:58 - 19.05.2026
19 may, Fineko/abc.az. Qətər iqtisadiyyatı Hörmüz boğazında yaranan məhdudiyyətlər və münaqişənin təsirləri fonunda 2026-cı ildə 8,6% azala bilər.
ABC.AZ xəbər verir ki, bu barədə The New York Times-ə istinadən məlumat verilir.
Bildirilib ki, hətta tədarük bərpa olunsa belə, ölkəyə neft və qaz hasilatını əvvəlki səviyyəyə qaytarmaq üçün bir neçə il lazım olacaq.
Məlumata görə, mayeləşdirilmiş təbii qazın ixracı əvvəlcə bir neçə həftə ərzində 10–25% səviyyəsinə, 2–3 ay ərzində 50%-ə, 2026-cı ilin sonuna qədər isə 80%-ə çata bilər. Tam bərpa isə 2028-ci ildən tez gözlənilmir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026