12:21 - 21.04.2026
21 aprel, Fineko/abc.az. TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Hələ ki onların yerinə təyinat yoxdur.
ABC.AZ xəbər verir ki, direktorun digər Əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.
Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026