Bu ölkə dünyanın ən böyük birhüceyrəli zülal istehsalı zavodunu tikəcək

15:27 - 19.03.2026


19 mart, Fineko/abc.az. SIIG və "Unibio" şirkətləri Səudiyyə Ərəbistanın Əl-Cubeyl şəhərində təbii qazdan ekoloji təmiz "Uniprotein®" zülalı istehsal etmək üçün şaquli dövriyyəli bioreaktor texnologiyasına malik zavod qururlar.

ABC.AZ xəbər verir ki, birinci mərhələdə illik istehsal həcmi 50 000 ton təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 300 000 tona çatdırılması planlaşdırılır. Layihə ölkənin heyvan yemləri idxalından asılılığını azaldacaq və həm daxili, həm də beynəlxalq bazarlar üçün nəzərdə tutulub. Tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanılacaq, kommersiya fəaliyyətinə isə 2028-ci ildə start veriləcək.