10:52 - 16.03.2026
16 mart, Fineko/abc.az. Bəhreynin Aluminium Bahrain BSC (Alba) şirkəti Hörmüz boğazında gəmiçiliklə bağlı problemlərə görə dünyanın ən iri alüminium zavodunda istehsalın qismən dayandırıldığını elan edib.
ABC.AZ xəbər verir ki, müəssisənin ümumi gücünün 19%-ni təşkil edən üç istehsal xətti müvəqqəti dayandırılıb. Bu addım xammal ehtiyatlarını qorumağa imkan verəcək.
Bundan əvvəl SEPAH bəyan etmişdi ki, İran ABŞ və onun müttəfiqləri ilə əlaqəli gəmilərin boğazdan keçməsinə icazə verməyəcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026