Neftin 10 dollar bahalaşması Azərbaycanın illik ixrac gəlirlərini bu qədər artırır

12:32 - 6.03.2026


6 mart, Fineko/abc.az. Neftin qiymətinin hər 10 dollar/barel artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır.

Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir.

ABC.AZ xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib.

Qeyd edilib ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir. Enerji ixrac edən ölkələr üçün bu proses əsasən müsbət nəticələr doğurur.