11:32 - 24.02.2026
24 fevral, Fineko/abc.az. 2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov deyib.
Onun sözlərinə görə, ümumilikdə, yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir:
"Məlumat üçün bildirim ki, sənaye zonalarında 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yeni müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Həmçinin, sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər".
Müəllif: Elmir Muradov
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026