11:08 - 6.02.2026
6 fevral, Fineko/abc.az. 2024-cü ildə “Diamed Medical Group”a daxil olan “Diamed Hospital” və ya hüquqi adı ilə “İdeal Tibb Şirkəti” MMC-nin əsas əməliyyat gəlirləri 13,06 mln. manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 190% artım deməkdir.
ABC.AZ xəbər verir ki, istifadə edilmiş material ehtiyatları xərcləri 2024-cü ildə 6,04 mln. manat təşkil edərək illik müqayisədə 743% artıb, işçi heyəti üzrə xərclər isə 612,46 min manat olub, bu da 50% azalma deməkdir.
Amortizasiya xərcləri 405,96 min manatla əvvəlki ilə nisbətən 12% azalıb, digər əməliyyat xərcləri isə 2,2 mln. manat təşkil edərək 75% artım göstərib.
Bütün bunların nəticəsində şirkətin əməliyyat mənfəəti 3,84 mln. manat olub ki, bu da 2023-cü ilə nisbətən 387% artım deməkdir. Maliyyə xərcləri 214,59 min manat olub. Vergi xərcləri 725,91 min manata çataraq illik müqayisədə 361% artım göstərib.
Nəticədə, “İdeal Tibb Şirkəti”nin hesabat dövründə xalis mənfəəti 2,9 mln. manat təşkil edib və 2023-cü ildəki 630,05 min manatdan 361% artıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026