15:29 - 18.12.2025
18 dekabr, Fineko/abc.az. Bakı Limanın birinci fazası üzrə işlər artıq yekunlaşıb. Qurumların birləşməsi nəticəsində və reallıqların dəyişməsinə görə artıq Bakı Limanının Baş planı və strateji inkişaf istiqamətləri üzrə işlər aparılır.
ABC.AZ xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci fazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteyner ekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləri davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq", - direktor vurğulayıb. ©Trend
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026