11:46 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Azərbaycanda şirkət və təşkilatların mənfəət vergisindən dövlətə vergi ödənişlərinin həcmi öncəki illə müqayisədə 3 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk üç rübündə hüquqi şəxslər dövlətə mənfəət (gəlir) vergisindən 5 milyard 390,3 milyon manat həcmində ödənişlər həyata keçiriblər. Bu da ümumi 29milyard 142,4 milyon manatlıq büdcə gəlirinin 18,5%-ni təşkil edir.
Qeyd edək ki, təkcə bank sektoru ilin ilk doqquz ayında dövlət büdcəsinə 214,5 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu öncəki ilin müvafiq dövründə 190,6 mln. manat idi.
Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.
Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026