Sığorta cəmiyyətin sosial rifahına və gələcəyə inamını təmin edən strateji mexanizmdir - AMB rəsmisi

11:14 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin türk dövlətləri arasında strateji və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı uğurlu adımlar müxtəlif sahələrdə olduğu kimi sığorta sektorunda də türk dövlətlərinin birgə və qarşılıqlı fəaliyyəti üçün geniş imkanlar yaradıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, türk dövlətlərinin rəhbərlərinin bu istiqamətdə göstərdiyi təşəbbüslər olduqca əhəmiyyətlidir:

"Bu gün iştirak etdiyimiz zirvə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin bariz nümunəsi olmaqla yanaşı, həm də birgə innovasiya və rəqəmsal platformaların qurulmasına xidmət edir. Müasir dünyamızda sığorta yalnız maliyyə sabitliyinin mühüm tərəfi deyil, həmçinin cəmiyyətin sosial rifahına və gələcəyə inamını təmin edən strateji mexanizmdir".

Müəllif: Elmir Muradov