Cari ilin I yarısı üzrə dövlət və icmal büdcələrin icrasına dair təqdimat hazırlanıb

16:14 - 11.08.2025


11 avqust, Fineko/abc.az. Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması, habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə 2025-ci ilin I yarısı üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimat hazırlanıb.

Nazirlikdən ABC.AZ-a bildirilib ki, təqdimatda dövlət büdcəsinin gəlir mənbələrinin strukturu, qeyri-neft-qaz və neft-qaz sektorları üzrə daxilolmalar, xərclərin funksional və iqtisadi təsnifatı, işğaldan azad olunmuş ərazilərin bərpası üzrə maliyyələşmə, dövlət borcu və borca xidmət xərcləri, eləcə də icmal büdcə qurumlarının icra göstəriciləri əks olunub.