16:32 - 5.08.2025
5 avqust, Fineko/abc.az. Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) ABC.AZ-a bildirilib ki, 2025-ci ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3 faiz (583,5 milyon manat) olub.
Qeyd edək ki, hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur. Sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026