Bakıda “Mado” restoranında yeməyin içindən görün nə çıxdı - Foto

15:30 - 9.07.2025


9 iyul, Fineko/abc.az. Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.

ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb.

Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağa bənzər hissəcik çıxıb.

Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib:

“Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.