Maskın partiya quracağı elanından sonra "Tesla"nın səhmlərinin qiyməti ucuzlaşdı

10:31 - 8.07.2025


8 iyul, Fineko/abc.az. Elon Mask ABŞ-da yeni siyasi partiya quracağını elan etdikdən sonra "Tesla" səhmlərinin qiymətində azalmalar müşahidə edilir.

ABC.AZ xəbər verir ki, sözügedən elandan sonra "Nasdaq"da sessiya öncəsi ticarətdə "Tesla" səhmləri 312,7 dollara düşüb və bu, Maskın diqqət mərkəzində olması ilə bağlı investorların narahatlığını artırıb.

Texnologiya analitiki Dan Ives hesab edir ki, Maskın siyasətə daha dərindən girmək qərarı şirkətin səhmlərinə təsir edəcək.

O qeyd edib ki, "Tesla"nın Maska ehtiyacı var və o, bir daha siyasi yolla getməməli və eyni zamanda Trampın pis tərəfinə də düşməməlidir.