17:01 - 29.05.2025
29 may, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə zərərin təqribən iki dəfə artması deməkdir. Belə ki, ötən ilki zərər 96 min 839 manat səviyyəsində idi.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə 43 min 479 manat ümumi gəlir əldə edib. Bunun 42 min 787 manatı müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərindən formalaşıb.
Öncəki ildə fəaliyyətə başladığı üçün həmin ildə hər hansısa rəqəm qeydə alınmamışdı.
Əməkhaqqı üzrə xərclər 2024-cü ildə 150 min manatı ötüb. Bu, 2023-cü ildəki 81 min manatla müqayisədə 84,5% artımdır.
“Payonix” BOKT-un aktivləri 2024-cü ilin sonunda 1 milyon 94 min manata düşüb. Halbuki, 2023-cü ilin sonunda bu göstərici 1 milyon 300 min manat idi – yəni 206 min manat və ya 15,8% azalma baş verib.
Ən ciddi azalma isə pul vəsaitləri üzrə olub – 2023-cü ildə 1 milyon 300 min manat olan bu göstərici 2024-cü ildə 184 min manata düşüb. Bununla yanaşı, 2024-cü ildə təşkilat ilk dəfə 490 min manatlıq kredit portfeli formalaşdırıb.
Zərərlərin artması səbəbindən cəmi kapital 1 milyon 203 min manatdan 1 milyon 32 min manata düşüb.
18 Avqust 2026