Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının xərcləri gəlirlərini üstələyib

11:52 - 2.05.2025


2 may, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatı ötən il 101 141 720 manatlıq gəlir əldə edib, xərcləri 101 181 620 manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun 2024-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.

Hesabata görə, aparat qeyri-birja əməliyyatlarından 79 882 454 manat, birja əməliyyatlarından 21 259 266 manat gəlir əldə edib.

2023-cü ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 107 517 874 manat, xərcləri 107 335 265 manat təşkil edib.