Azərbaycanın sistem əhəmiyyətli bankları - Siyahı

11:17 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Mərkəzi Bank ölkədə fəaliyyətdə olan sistem əhəmiyyətli bankların saiyahısını açıqlayıb.

ABC.AZ xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC və “UniBank” ASC-dir.

Mərkəzi Bankı qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilmiş, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb. Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. (Banker.Az)