10:14 - 4.03.2025
4 mart, Fineko/abc.az. Azərbaycanda son dövrlərdə banklarda, xüsusilə xarici valyutada depozit faizlərində artım müşahidə olunur.
ABC.AZ xəbər verir ki, hazırda bəzi sistem əhəmiyyətli banklar ABŞ dollarında əmanət üzrə illik faiz dərəcəsini 4.5 faizə, 3 aylıq depozit faizlərini isə 3.0 faizə qədər yüksəldiblər.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha yüksək gəlir təklif edirlər ki, bu da qorunmayan əmanətlərin həcminin artmasına səbəb olur. Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0 faiz, xarici valyutada isə 2.5 faizdir.
“Lakin hazırda bankların əksəriyyəti xarici valyutada 5.0 faizədək depozit faizləri təklif edir. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək gəlir gətirən depozitlər sığortalanmır. Bankın müflis olması halında isə həmin əmanətlər geri qaytarılmır”, – deyə deputat qeyd edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026