17:18 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Qazaxıstanın üç Bankı - Halyk Bank, Kaspi Bank və "Bank VTB" qeyri-rezidentlərə ödəniş kartlarının verilməsini bərpa edib.
ABC.AZ xəbər verir ki, Halyk Bankdan verilən məlumata görə, yaşayış icazəsi varsa, bankın filialında kart açmaq olar.
Eyni şərtlərlə qeyri-rezidentlər üçün ödəniş kartı Kaspi Bank tərəfindən açılır.
"Kaspi Gold Avrasiya İqtisadi Birliyi (Aİİ) ölkələrinin vətəndaşları, habelə Qazaxıstanda yaşayış icazəsi olan əcnəbilər tərəfindən əldə edilə bilər", — deyə məlumatda bildirilir.
Eyni zamanda, VTB (Qazaxıstan) "Mir" kartlarının ölkə qeyri-rezidentlərinə buraxılmasını bərpa edib.
"Bank öz sistemlərini tam qurub və respublika qanunvericiliyinin yeni tələblərinə uyğun işləməyə hazırdır, kartların qüvvədə olma müddəti artıq 12 ay olacaq. Eyni zamanda, diplomatik işçilər və qeyri-rezident investorlar üçün kartların etibarlılıq müddəti 3 ilə qədər uzadıla bilər", - "Bank VTB"-nin saytında bildirilir.