“OBA” marketdə müdir oğurluq etdiyinə görə uşağı girov saxladı

16:06 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında film kimi olay baş verib.

ABC.AZ xəbər verir ki, iddialara görə, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdi sözügedən ünvandakı mağazadan oğurluq edib.

Bir müddətdən sonra mağaza müdiri oğurluğun üstünü açıb və uşağı yaxalayıb. Qəribə, film kimi olaylar da elə bundan sonra baş verib.

Belə ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, mağaza müdiri oğurluq müqabilində valideyndən pul tələb edib. Pulu ala bilməyən mağaza müdirinin uşağı girov götürdüyü bildirilir. İddiaların həqiqət ya cəfəbgiyyat olduğunu deyə bilmərik.

Amma, atalar deyir ki, "Od olmayan yerdən tüstü çıxmaz". Əgər iddia varsa, deməli hansısa formada belə bir hadisə yaşanıb.