Əliyev: Təyyarəmiz radioelektron mübarizə vasitələri ilə idarəolunmaz vəziyyətə gətirilmişdi

15:41 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İ. Əliyevin sözlərinə görə, son versiya qara qutuların açılmasından sonra məlum olacaq. Lakin ilkin versiyalar kifayət qədər əsaslandırılmış və faktlara əsaslanır.

"Faktlar isə ondan ibarətdir ki, Azərbaycan mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında kənardan zərərə uğrayıb və praktiki olaraq idarəetməni itirib. Biz onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitəsi ilə idarəolunmaz vəziyyətə gətirilib. Bu, təyyarəyə dəyən ilk zərər olub", - deyə o, Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, təyyarənin füzelyajında dəliklərin olması quş sürüsü ilə toqquşma versiyasını istisna edir.