Qazaxıstandan qanunsuz yanacaq ixrac edilən yeraltı tunel aşkarlanıb

10:20 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. Hüquq-mühafizə orqanları tərəfindən  Qazaxıstan-Özbəkistan sərhədində 450 metrlik yeraltı tunel aşkarlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Türküstan vilayətinin prokurorluğu məlumat verib.

Tunel ilə Qazaxıstandan Özbəkistana qaçaqmalçılıq yolu ilə yanacaq ötürülürdü. Tuneldən hər gün təxminən 5-7 ton yanacaq vurulurdu.

Bu, ilk belə tunel deyil. Daha əvvəl Qazaxıstandan Hindistan dərmanlarının ötürülməsi üçün 300 metr yeraltı keçid aşkar olunmuşdu.